Moskvada son bir gündə 13 nəfər koronavirusdan ölüb

Moskvada son bir gündə 13 nəfər koronavirusdan ölüb
# 20 sentyabr 2020 03:44 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 13 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5057-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 276 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 236 mindən çox xəstə isə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR