Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 63 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6936-ya çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 434 mindən çox insanda koronavirus aşkar olunub, ümumilikdə 318 mindən çox xəstə sağalıb.