Putin Vladislav Surkovu prezidentin köməkçisi vəzifəsindən azad edib

Putin Vladislav Surkovu prezidentin köməkçisi vəzifəsindən azad edib
# 18 fevral 2020 20:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Vladislav Surkovu köməkçisi vəzifəsindən azad edib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, Vladislav Surkov 2013-cü ildən prezidentin köməkçisi vəzifəsini tutub. O, Rusiya Prezidentinin Ukrayna ilə bağlı siyasətinə cavabdeh şəxs olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR