ABŞ səfiri Rusiya XİN-ə çağırılıb - YENİLƏNİB

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb - YENİLƏNİB

© APA | Rusiya XİN-in binası

# 10 sentyabr 2021 19:43 (UTC +04:00)

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

Görüşdə ABŞ prezidenti Co Baydenin Rusiya ilə sabit əlaqələr qurmaq niyyətinə uyğun olaraq ikitərəfli problemlər müzakirə edilib.

Rusiya XİN-dən isə bildirilib ki, S. Ryabkov ABŞ səfirinin diqqətinə Rusiyanın daxili işlərinə qarışmağın yolverilməzliyini çatdırıb.

O, ABŞ səfirinə seçkilərdən əvvəl Amerika rəqəmsal nəhəngləri tərəfindən Rusiya Federasiyasının qanunlarını pozduğuna dair sübutların olduğunu bildirib.

***

19:06

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın məlumatına görə, səfirin XİN-ə dəvət olunmasının səbəbləri açıqlanmır.

Artıq diplomat XİN-in binasını tərk edib.

C. Sallivan özü də nazirlikdən ayrılarkən mətbuata heç bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR