Aleksandr Çupriyan müvəqqəti olaraq Rusiya FHN-ə rəhbərlik edəcək

Aleksandr Çupriyan müvəqqəti olaraq Rusiya FHN-ə rəhbərlik edəcək

© APA | Aleksandr Çupriyan

# 11 sentyabr 2021 08:03 (UTC +04:00)

Rusiya FHN-in rəhbərinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan fövqəladə hallar nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunub.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə sərəncam imzalayıb.

“Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məsələləri üzrə nazirin vəzifələrinin müvəqqəti icrası birinci müavin, daxili xidmət general-polkovniki Çupriyan Aleksandr Petroviçə həvalə edilsin”, - deyə sənəddə qeyd olunub.

Sərəncam qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR