Armen Qriqoryan yenidən Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub

Armen Qriqoryan, Nikol Paşinyan

© APA | Armen Qriqoryan, Nikol Paşinyan

# 19 avqust 2021 10:29 (UTC +04:00)

Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq fərman imzalayıb.

Nikol Paşinyan Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.

Qeyd edək ki, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilməzdən əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR