Axtarışda olan keçmiş prezident Əsgər Akayev Qırğızıstana gəlişinin səbəbini açıqlayıb

Əsgər Akayev

© APA | Əsgər Akayev

# 02 avqust 2021 18:58 (UTC +04:00)

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev ölkəyə gəlişinin səbəbini açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, o, "Kumtor" qızıl mədəni ilə əlaqədar cinayət işi üzrə istintaqa kömək etmək üçün bir həftəlik Bişkekə gəldiyini deyib.

"Bu gün birinci görüşümüz oldu. İşləyəcəyik. Bir həftəlik gəlmişəm. Suallar çoxdur", AKI informasiya agentliyi Akayevin sözlərindən sitat gətirib.

""Kumtor"u necə qurduğumuzu, niyə qurduğumuzu, hansı səhvlərin edildiyini səmimi şəkildə söyləmək üçün gəlmişəm", - deyə Akayev bildirib.

Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.

Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir.

Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR