Azərbaycan nümayəndə heyəti IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir - FOTO

Vaqif Dərgahlı, Kərim Vəliyev

© APA | Vaqif Dərgahlı, Kərim Vəliyev

# 23 iyun 2021 13:33 (UTC +04:00)

Moskvada IX Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçilən konfransın əsas mövzusu qlobal və regional təhlükəsizlik məsələləridir.

600-dən çox qonağın iştirak etdiyi tədbirdə bir sıra xarici ölkələrin müdafiə nazirləri, hərbi strukturların nümayəndə heyətləri, ekspertlər, eləcə də MDB, KTMT, BMT, ATƏT və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Azərbaycanı IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edir.

Konfrans iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinin və BMT Baş katibi Antonio Quterreşin müraciəti çatdırılıb.

Daha sonra Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov məruzə ilə çıxış ediblər.

Onlar çıxışlarında Rusiya Federasiyasının əsas məsələlərlə bağlı mövqeyini çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR