Belarus və Rusiya prezidentləri görüşəcək

Aleksandr Lukaşenko və Vladimir Putin

© APA | Aleksandr Lukaşenko və Vladimir Putin

# 24 may 2021 19:10 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə "Kommersant" Moskva və Minskdəki mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, görüş mayın 28-də Soçidə baş tutacaq.

Qeyd edək ki, bu, Lukaşenkonun 2021-ci ilin başlanğıcından bəri Rusiyaya üçüncü səfəri olacaq. Belarus prezidenti fevralın 22-də Soçidə, aprelin 22-də isə Moskvada rusiyalı həmkarı ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR