Belarusda ən böyük elektrik stansiyalardan birində güclü yanğın baş verib

Belarusda ən böyük elektrik stansiyalardan birində güclü yanğın baş verib
# 24 iyun 2021 02:10 (UTC +04:00)

Belarusun Vitebsk bölgəsində “Lukoml” Dövlət Regional Elektrik Stansiyasında güclü yanğın baş verib.

APA-nın məlumatına görə, bu barədə qurumun “Twitter” hesabında bildirilib.

Yanğın ərazidəki yarımstansiyanın birində başlayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Hadisə ilə əlaqədar olaraq ətraf ərazilərdə - Moqilev və Vitebsk bölgələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd edək ki, “Lukoml” Belarusun ən böyük elektrik stansiyalarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR