Belarusda hərbi təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub - YENİLƏNİB

Belarusda hərbi təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub - YENİLƏNİB
# 19 may 2021 14:54 (UTC +04:00)

Belarus Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

APA-nın məlumatına görə, Belarus Müdafiə Nazirliyindən “Belta” agentliyinə bildirilib ki, Belarusun Baranoviçi şəhərində Lidsk aviabazasının Yak-130 hərbi təyyarəsi qəzaya uğrayıb.

"Təlim-məşq uçuşu zamanı ekipaj texniki nasazlıq aşkar edib. Pilotlar cəsarət və qəhrəmanlıq nümayiş etdirərək təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışıblar. Təyyarənin düşmə trayektoriyasının yaşayış evlərindən kənarda olduğuna əmin olduqdan sonra pilotlar katapult ediblər. Təəssüf ki, hər iki pilot həlak olub. Başqa həlak olan və dağıntı yoxdur. Qəzanın nəticələrini Fövqəladə Hallar Nazirliyi aradan qaldırıb. Hadisə yerinə Belarus müdafiə nazirinin müavinin başçılıq etdiyi komissiyası gəlib”, - deyə Belarus MN-in məlumatında qeyd olunub.

***

14.38

Belarusda hərbi təyyarə evə çırpılıb, pilot həlak olub.

APA-nın xəbərinə görə, bu barədə yerli “Naş kray” qəzeti məlumat yayıb.

"Faciəvi hadisə mayın 19-da günorta Baranoviçi şəhərinin ərazisində baş verib. Hərbi təyyarə aerodromdan “Vostoçnıy” mikrorayonu istiqamətində uçuş edərkən Roza Lüksemburq küçəsindəki fərdi evə çırpılıb. Nəticədə pilot həlak olub”, - deyə məlumatda qeyd olunub.

Yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Belarus Müdafiə Nazirliyi isə YAK-130 hücum təyyarəsinin təlim uçuğu zamanı qəzaya uğraması nəticəsində iki pilotun həlak olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR