Bu gün Rusiyada yenidən 32 meşə yanğınları aktivləşib

Bu gün Rusiyada yenidən 32 meşə yanğınları aktivləşib
# 28 may 2021 05:13 (UTC +04:00)

Son bir gündə Rusiya Federasiyası ərazisindəki meşə yanğınlarının ümumi sahəsi 3,1 min hektardan 45% artaraq, 4,5 min hektardan çox ərazini əhatə edib.
APA-nın məlumatına görə, bu barədə Federal “Aviameşəmühafizə”nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyada 3154 hektar ərazidə 38 meşə yanğını aktivləşib: "Mayın 27-də Rusiyada 559 hektar ərazidə 51 meşə yanğını söndürülüb, Mayın 28-də yerli vaxtla 00: 00-da Rusiyada yenidən 32 meşə yanğını aktivləşib. 4524 hektar ərazidə yanğınsöndürmə işlərinin aparılır”.
Qeyd edilib ki, Tümen bölgəsinin 3148 hektardan çox ərazisində meşə yanğınları müşahidə edilir. Omsk bölgəsində 510 hektar, Krasnoyarsk ərazisində 488 hektar və Yakutiyada 342 hektar ərazilər də yanğınlar var. İrkutsk və Novosibirsk bölgələrində, eləcə də Altay Respublikasında da meşə sahələri yanır.

Yanğınla mübarizəyə 1663 nəfər, 312 texnika, 36 monitorinq üçün təyyarə və daha 11 nəfər cəlb edilib. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR