Bu ilin birinci rübündə Ermənistanı 70 min nəfər tərk edib

Bu ilin birinci rübündə Ermənistanı 70 min nəfər tərk edib
# 17 iyun 2021 18:00 (UTC +04:00)

2021-ci ilin birinci rübündə Ermənistanı təxminən 70 min nəfər tərk edib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Statistika Komitəsinin sədri Stepan Mnatsakanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Statistika Komitəsinin Milli Təhlükəsizlik Xidmətinin elektron məlumat bazasından aldığı məlumata görə, bu ilin birinci rübündə Ermənistanı tərk edənlərin sayı ölkəyə daxil olanların sayından 70 min nəfər çoxdur: “Lakin bu informasiya bazasında gediş və ya gəliş məqsədi əks olunmur. Ona görə də həmin 70 min insanın başqa ölkədə daimi yaşamaq üçün mühacirət etdiyi iddia edilə bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR