Çexiya səfiri Rusiya XİN-ə çağırılıb

Çexiya səfiri Rusiya XİN-ə çağırılıb
# 01 iyul 2021 17:27 (UTC +04:00)

Çexiyanın Rusiyadakı səfiri Vitezslav Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Çexiya diplomatının Vrbetitsada baş vermiş partlayışla bağlı yeni bəyanatlardan sonra Rusiya XİN-ə dəvət olunduğunu vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Praqa Moskvadan Vrbetitsadakı silah anbarında baş vermiş partlayışa görə 25 milyon avro və ölkənin Rusiyaya dost olmayan ölkələrin siyahısından çıxarılmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR