Dağıstanda minik avtomobili avtobusla toqquşub, 4 nəfər ölüb

Dağıstanda minik avtomobili avtobusla toqquşub, 4 nəfər ölüb
# 16 oktyabr 2021 03:24 (UTC +04:00)

Dağıstanda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib ki, hadisə Moskva vaxtı ilə saat 21:00-da Babayurt rayonunda qeydə alınıb.

Ölənlərin hamısının eyni avtomobildə olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR