Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasına Şoyqu və Lavrov liderlik edəcək - YENİLƏNİB

Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasına Şoyqu və Lavrov liderlik edəcək - <span class="red_color">YENİLƏNİB

© APA | Rusiya prezidenti Vladimir Putin

# 19 iyun 2021 19:55 (UTC +04:00)

Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının bu gün keçirilən XX Qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıya liderlərin beşliyini və namizədlərin siyahısını təsdiqləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qurultay federal və təkmandatlı dairələrdən Dumaya namizədlərin siyahısını təsdiqləyib.

Siyahı gizli səsvermə nəticəsində təsdiqlənib.

Rusiya prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.

Siyahı 57 regional qruplara bölünüb.

Qeyd edək ki, Dövlət Dumasına seçkilər bu il sentyabrın 19-da keçiriləcək.
 

***

19:11

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının XX Qurultayı keçirilib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qurultayda Rusiya prezidenti Vladimir Putin iştirak edib.

V.Putin çıxışında qarşıdan gələn parlament seçkilərində partiyanın siyahısına liderliyə namizədlərini təklif edib. 

Rusiya prezidentinin fikrincə, “Vahid Rusiya” partiyasının siyahısına liderliyi müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova etməlidir.

"Mənim fikrimcə, bu siyahı, xüsusilə də ilk beşlik siyasətdə çoxdan yer alan insanlardan, deyək ki, bizdə o cür şəxsləri siyasi ağırçəkililər adlandırırlar, bir də inkişafımızın, həyatımızın vacib istiqamətini təmsil edən yeni insanlardan təşkil olunmalıdır”, - deyə Putin vurğulayıb.

“Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev isə prezident tərəfindən səsləndirilən partiya siyahısının lider beşliyinin onların birgə təşəbbüsü olduğunu bildirib.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərin bu ilin 19 sentyabr tarixində keçiriləcək.

Rusiya prezidenti tərəfindən partiyasının seçkilərdəki siyahısına liderlik edəcək namizədlərdən olan Sergey Şoyqu 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsini tutur. Ordu generalı rütbəsində olan Şoyqu Təhlükəsizlik Şurasının daimi üzvüdür. İlk beşlikdə olan digər namizəd Sergey Lavrov isə 2004-cü ildən xarici işlər naziri vəzifəsini tutur. Buna kimi isə o, 10 il Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR