Elektron səsvermədə Paşinyanın partiyası liderlik edir - VİDEO

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 20 iyun 2021 22:33 (UTC +04:00)

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ölkə vətəndaşlarının xaricdən iştirak etdiyi elektron səsvermənin nəticələri üzrə 455 səsdən 163 səs toplayaraq, parlament seçkilərində liderlik edir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan açıqlama yayıb.

Onun rəqibi, sabiq prezident Robert Köçəryanın bloku isə 135 səs toplayıb.

“500 nəfər səs verib. 45 bülleten etibarsız sayılıb. “Vətəndaş müqaviləsi” partiyası 163 səs qazanıb, “Ermənistan” bloku – 135 səs. Komissiya üzvlərindən xahiş edirəm ki, etirazları yoxdursa, elektron səsvermənin nəticələri üzrə protokolu imzalasınlar”, - deyə Mukuçyan bildirib.

Elektron səsverməyə əsasən, üçüncü yeri ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” partiyası tutub – 43 səs. Sabiq prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, Edmon Marukyanın “Aydınlanan Ermənistan” partiyası və “Verelk” (“Qalx”) partiyasının hər biri 14 səs qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR