Ermənistan parlamentində insident baş verib, mühafizə qadın deputatı iclas zalından zorla çıxarıb - VİDEO

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 24 avqust 2021 16:41 (UTC +04:00)

Ermənistan parlamentinin bugünkü iclasında insident yaşanıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan yeni hökumətin beş illik proqramını təqdim edərkən müxalifətdə olan “Mənim şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan onu və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü olan deputatları təslimçi adlandırıb.

Parlamentin spikeri Alen Simonyan Baş naziri təhqir etdiyini əsas gətirərək, A. Mkrtçyandan iclas zalını tərk etməyi tələb edib. A. Mkrtçyan bu tələbə məhəl qoymadıqda spiker təhlükəsizlik qüvvələrinin əməkdaşlarını zala çağırıb.

Təhlükəsizik əməkdaşları A. Mkrtçyanı zorla iclas zalından çıxarmaq istəyərkən isə müxalifətçi deputatlarla onların arasında insident yaşanıb.

Müxalifətçi deputatların müqavimətinə baxmayaraq, A. Mkrtçyan iclas zalından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR