Ermənistan Təhlükəsizlik Şurasının katibi XİN başçısının birinci müavini təyin edilib

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 14 iyul 2021 10:35 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

N. Paşinyanın digər qərarı ilə A. Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

“Hraparak” qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtçyan da nazir müavinləri təyin oluna bilərlər.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də xarici işlər naziri vəzifəsindən istefa verib. Onun ardınca müavinləri Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Hevondyan istefalarını hökumətə təqdim ediblər. A. Hevondyanın istefası qəbul olunmayıb. O, müvəqqəti olaraq xarici işlər naziri vəzifəsini icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR