Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub

Vahan Hunanyan

© APA | Vahan Hunanyan

# 04 avqust 2021 18:33 (UTC +04:00)

Ermənisan Xarici İşlər Nazirliyinə yeni mətbuat katib təyin olunub.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryanın qərarı ilə Vahan Hunanyan XİN-in sözçüsü təyin olunub.

Vahan Hunanyan bundan əvvəl Baş nazirin müavini Tiqran Avinyanın müşaviri idi.

Qeyd edək ki, Ermənistan XİN-in bundan əvvəlki mətbuat katibi postunda Anna Naqdalyan çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR