Ermənistanda avtobus ağaca çırpılıb, 25 nəfər xəsarət alıb

Ermənistanda avtobus ağaca çırpılıb, 25 nəfər xəsarət alıb
# 02 sentyabr 2021 11:09 (UTC +04:00)

Ermənistanda yol qəzasında 25 nəfər xəsarət alıb.

APA-nın kriminal “shamshyan.com” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Ararat vilayətində, Byuravan-Mxçyan yolunda qeydə alınıb.

FAV markalı avtobusun 62 yaşlı sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılar xəstəxanaya yerləşdirilib. Polis onların şəxsiyyətini müəyyənləşdirir.

Saytın məlumatına görə, avtobus Qetazat-İrəvan marşrutu üzrə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR