Ermənistanda COVID-19-a yoluxanların sayı 224 533 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 224 533 nəfərə çatıb
# 24 iyun 2021 11:10 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 533 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4505 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR