Ermənistanda COVID-19-a yoluxanların sayı 225661-ə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 225661-ə çatıb
# 06 iyul 2021 10:55 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 55 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225661-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4530 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR