Ermənistanda COVID-19-a yoluxanların sayı  227 mini keçib

Ermənistanda COVID-19-a yoluxanların sayı  227 mini keçib
# 16 iyul 2021 11:02 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 162 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227 111-ə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 2 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 558 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR