Ermənistanda COVİD-19-a yoluxanların sayı 245 025 nəfərə çatıb

Ermənistanda COVİD-19-a yoluxanların sayı 245 025 nəfərə çatıb
# 05 sentyabr 2021 11:30 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 245 025 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 423 nəfər COVİD-19-a yoluxub, 7 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4 911 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 164 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR