Ermənistanda COVID-19-a yoluxanların sayı 249 mini ötüb

Ermənistanda COVID-19-a yoluxanların sayı 249 mini ötüb
# 13 sentyabr 2021 11:08 (UTC +04:00)

Ötən sutka ərzində Ermənistanda 296 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 249 146 nəfərə çatıb.

Son sutkada koronavirusdan daha 16 nəfər ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 5 018 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR