Ermənistanda COVID-19-a yoluxanların sayı 261 697 nəfərə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 261 697 nəfərə çatıb
# 30 sentyabr 2021 11:15 (UTC +04:00)

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 261 697 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 20 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 5319 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR