Ermənistanda iki hərbi hissə komandiri barəsində xidməti araşdırmalara başlanılıb

Ermənistanda iki hərbi hissə komandiri barəsində xidməti araşdırmalara başlanılıb

© APA | İrəvan şəhəri

# 09 iyun 2021 10:18 (UTC +04:00)

Ermənistanda iki hərbi hissə komandiri haqqında xidməti araşdırma təyin olunub.

APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bununla əlaqədar araşdırma müddətində hərbi hissə komandirləri – polkovniklər Tadevosyan və Gevorqyan xidmətdən uzaqlaşdırılıb.

Bundan əvvəl müxalifət təmsilçiləri Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla siyasi fikir ayrılıqlarına və onu dəstəkləmədiklərinə görə həmin polkovniklərin səlahiyyətinin dayandırıldığı barədə açıqlamalarla çıxış etmişdi.

Qeyd edək ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək. İyunun 7-dən seçkiqabağı kampaniyaya start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR