Ermənistanda koronavirusdan ölənlərin sayı 5002 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 5002 nəfərə çatıb
# 12 sentyabr 2021 11:08 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 453 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 248 850-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5002-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR