Ermənistanda müharibədə ölən hərbçilərin meyitlərinin gizlədilməsinə görə aksiya keçirilir

Ermənistanda müharibədə ölən hərbçilərin meyitlərinin gizlədilməsinə görə aksiya keçirilir
# 02 iyun 2021 18:54 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvan şəhərində Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, əsasən “Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələrindən ibarət olan bir qrup gənc səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb edir.

“Əgər onlarda azacıq insanlıq qalıbsa, Avanesyan istefa verməlidir”, - deyə etirazçılardan biri jurnalistlərə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl xəstəxanalardan birinin “morq”unda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin plastik torbalara yığılmasını əks etdirən görüntülər yayılıb.

Etirazçılar yayılan görüntülərlə bağlı nazir vəzifəsini icra edən A. Avanesyanın istefasını tələb edir.

Aksiya zamanı bir neçə nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR