Ermənistanda parlament seçkilərində iştirak edəcək partiya və blokların sayı açıqlanıb

Ermənistanda parlament seçkilərində iştirak edəcək partiya və blokların sayı açıqlanıb
# 01 iyun 2021 15:22 (UTC +04:00)

Ermənistanda iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək partiya və blokların sayı açıqlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən fövqəladə iclasında bildirilib.

“Beləliklə, növbədənkənar parlament seçkilərində 26 partiya və blok iştirak edəcək”, - deyə MSK sədri Tiqran Mukuçyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR