Ermənistanda parlament seçkilərində seçici fəallığı açıqlanıb

Ermənistanda parlament seçkilərində seçici fəallığı açıqlanıb
# 20 iyun 2021 21:29 (UTC +04:00)

Ermənistan keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 49,4% olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında deyilir.

Səsvermədə 1 281 174 nəfər iştirak edib. Ən böyük aktivliyi Sünik bölgəsi sakinləri göstərib – 60,38%, ən az isə Şirak bölgəsindəki qeydə alınıb – 41,24%. 2018-ci ildə keçirilən son parlament seçkilərində 48,63% seçici (1 260 840 nəfər) iştirak etmişdi.

MSK-nın rəhbəri Tiqran Mukuçyan TASS-a bildirib ki, seçkilər qanuni normalara uyğun keçirilib: “Bəzi xırda pozuntular var, bunlar, təbii ki, araşdırılmalıdır, amma ümumilikdə seçkilərin milli qanunvericilik normalarına uyğun keçirildiyini deyə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR