Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 27 iyun 2021 12:53 (UTC +04:00)

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

APA-nın “ru.armeniasputnik” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,9 faiz, yəni 269 481 səs, “Mənim şərəfim var” bloku 5,22 faiz, yəni 66 650 səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR