Ermənistanda seçkiqabağı kampaniyaya start verilib

Ermənistanda seçkiqabağı kampaniyaya start verilib
# 07 iyun 2021 10:25 (UTC +04:00)

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gündən seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start verilib.

APA-nın məlumatına görə, kampaniya iyunun 18-dək davam edəcək.

Seçkidə iştirak üçün 23 partiya və 4 siyasi blok qeydiyyatdan keçib.

Ekspertlərin rəyinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri oldu “Erməni Milli Konqresi”nin parlamentə düşmək şansı daha yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR