Ermənistanda son sutka ərzində koronavirusa 60 nəfər yoluxub

Ermənistanda son sutka ərzində koronavirusa 60 nəfər yoluxub
# 20 iyun 2021 11:02 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 60 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 227-yə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 498-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR