Ermənistanda son sutkada koronavirusa 194 nəfər yoluxub

Ermənistanda son sutkada koronavirusa 194 nəfər yoluxub
# 20 iyul 2021 11:21 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 194 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227716 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4572 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR