Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verib - VİDEO

Ermənistan sabiq xarici işlər naziri Ara Ayvazyan

© APA | Ermənistan sabiq xarici işlər naziri Ara Ayvazyan

# 27 may 2021 21:34 (UTC +04:00)

Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan vəzifəsindən istefa verib.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında yazıb.

Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, Zohrab Mnatsakanyanı əvəz etmişdi. Onların hər ikisinin ölkə rəhbərliyi ilə fikir ayrılıqları fonunda vəzifədən ayrıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR