Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub

Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub
# 23 iyul 2021 17:13 (UTC +04:00)

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1615 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR