Gürcüstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək

Gürcüstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək
# 30 iyun 2021 20:10 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik iyulun 1-dən 6 ay müddətinə Gürcüstana keçəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, QDİƏT xarici işlər nazirlərinin 43-cü virtual iclasında iştirak edən Gürcüstan XİN başçısı David Zalkaliani təşkilata sədrliyi dövründə gördüyü işlərə görə Albaniyaya təşəkkür edib, regional münaqişələrin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllinin önəmini vurğulayıb.

Qeyd edək ki, Gürcüstan təşkilata sədrliyi 31 dekabr 2021-ci ilədək icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR