Gürcüstanda 4.9 bal gücündə zəlzələ baş verib

Gürcüstanda 4.9 bal gücündə zəlzələ baş verib
# 25 may 2021 08:49 (UTC +04:00)

Gürcüstanda 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitoring və Yer Elmləri Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 01:43-də qeydə alınan yeraltı təkanların episentri Kazbegi rayonundan 31 km. cənub şərqdə yerləşib. Məlumata əsasən, orta şiddətli zəlzələnin episentri yaşayış məntəqələrindən uzaq olduğu üçün dağıntı və tələfata səbəb olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR