Gürcüstanda ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb
# 31 avqust 2021 13:03 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyasına görə ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

Bildirilib ki, ölkədəki epidemioloji vəziyyətə görə ictimai nəqliyyatın bərpa edilməsi məqsədəuyğun hesab edilməyib və tətbiq edilən məhdudiyyətin vaxtı sentyabrın 13-dək uzadılıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğasının pik həddə çatması ilə əlaqədar avqustun 14-dən sentyabrın 4-dək şəhərlərarası daşımalar istisna edilməklə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR