Gürcüstanda matəm günü elan olunub, dövlət bayraqları aşağı endirilib

Gürcüstanda matəm günü elan olunub, dövlət bayraqları aşağı endirilib
# 10 oktyabr 2021 22:44 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərara əsasən, Batumidə 7 mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə oktyabrın 11-də matəm günü kimi qeyd ediləcək.

Matəm günü ilə əlaqədar Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında bayraqlar endirilib.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində 7 mərtəbəli binanın çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində aparılan təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da faciə ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR