Həştərxan hava limanında sərnişin təyyarəsi yanacaq daşıyan avtomobillə toqquşub

Həştərxan hava limanında sərnişin təyyarəsi yanacaq daşıyan avtomobillə toqquşub
# 02 oktyabr 2021 06:14 (UTC +04:00)

Oktyabrın 1-də axşam saatlarında Həştərxan hava limanında "Pobeda" aviaşirkətinə məxsus Sankt -Peterburqa uçmalı olan sərnişin təyyarəsi havaya qalxmamışdan əvvəl yanacaq daşıyan avtomillə toqquşub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Təyyarə qanadı ilə avtomobilə toxunub. Hadisə nəticəsində uçuş gecikib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Hadisədən sonra pilotlar vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Zərər görmüş təyyarənin sərnişinləri üçün ehtiyat təyyarə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR