İordan çayı sahilində baş verən qarşıdurmada bir fələstinli ölüb

İordan çayı sahilində baş verən qarşıdurmada bir fələstinli ölüb
# 15 oktyabr 2021 04:22 (UTC +04:00)

İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli ölüb.

APA xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi yerli mənbələrə istinadən yazıb.

Məlumata görə, İsrail ordusu Beyt-Jalə şəhərində bir qrup gəncə atəş açıb, nəticədə bir fələstinli ölüb, daha biri isə yaralı halda saxlanılıb.

Fələstinin “Maan” agentliyi isə yazır ki, İsrail əsgərləri bir qrup gəncin onların avtomobilinə “Molotov kokteyli” atmasından sonra atəş açmağa başlayıblar.

İsrail ordusunun nümayəndəliyindən “RİA Novosti”yə verilən məlumata görə, yolda sərnişinlərin həyatını təhlükəyə atdıqları üçün gənc fələstinlilərə atəş açıblar.

“Bu gecə iki şübhəlinin Betlehəmin şimal-qərbində, Beyt-Jalə şəhəri yaxınlığındakı 60-cı magistral yolda “Molotov kokteyli” ataraq yolda sərnişinlər üçün təhlükə yaratdıqları müşahidə edildi. Bölgədə xidmət aparan hərbçilər şübhəliləri saxlamaq üçün onlara atəş açıblar. Şübhəlilərdən biri saxlanılıb”, - məlumatda belə deyilir.

Hərbçilər yaralı fələstinliyə ilkin tibbi yardım göstərsələr də, o, hadisə yerində ölüb. Digər şübhəli isə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR