İrakli Qaribaşvili: "Qonşularımızın iştirakı ilə Tbilisidə beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırıq"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

© APA | Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

# 25 sentyabr 2021 03:14 (UTC +04:00)

"Bizim məqsədimiz bütün regionda sülh və sabitliyi təmin etməkdir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitlik, dialoq və etimadın inkişafı üçün Dinc Qonşuluq Təşəbbüsü adlı formatı təklif edir.

"Bu format dialoq və etimad inşasını asanlaşdıracaq, ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarımızla ortaq maraqlarımıza uyğun şəkildə regional məsələlərə praktiki həllərin tətbiqinə aparacaq. Gürcüstan Cənubi Qafqazdan olan qonşularımızın, qardaşlarımızın və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə Dinc Qonşuluq Təşəbbüsümüzün perspektivlərini müzakirə etmək üçün Tbilisidə beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırdır. Gəlin əvvəlcə etimad inşası üçün kiçik addımlarla başlayaq, biz daha sonra digər regional və qlobal məsələlərin həllinə dair birgə hərəkət edə bilərik. Cənubi Qafqaz üçün dayanıqlı sülh və ümumi strateji baxışdan bütün Qara dəniz regionu faydalana bilər, Avropanın təhlükəsizliyi, eləcə də qlobal təhlükəsizlik gücləndirilə bilər", - deyə İ.Qaribaşvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR