İran meşə yanğınlarının söndürülməsində Ermənistana yardım edib

İran meşə yanğınlarının söndürülməsində Ermənistana yardım edib
# 23 sentyabr 2021 15:14 (UTC +04:00)

İranlı xilasedicilər Mehri rayonunda meşə yanğınlarının söndürülməsində erməni həmkarlarına yardım edib.

APA-nın xəbərinə görə, bu barədə İranın beynəlxalq yayım agentliyi olan “Pars Today” məlumat yayıb.

Mehri gömrük məntəqəsi İranın Şərqi Azərbaycan əyalətinin gömrük məntəqəsinə meşə yanğınlarının söndürülməsinə kömək üçün müraciət edib.

“İranın yanğınsöndürmə xidməti erməni tərəfinin xahişinə dərhal reaksiya verərək, hadisə yerinə heyət göndərib. İranlı yanğınsöndürənlər yanğının söndürülməsində erməni həmkarlarına yardım göstərib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR