İran Silahlı Qüvvələri Baş Qərargah Rəisi Moskvaya səfər edib

İran Silahlı Qüvvələri Baş Qərargah Rəisi Moskvaya səfər edib
# 17 oktyabr 2021 22:10 (UTC +04:00)

İran Silahlı Qüvvələri Baş Qərargah Rəisi general-mayor Məhəmməd Baqirinin Moskvaya səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, M.Baqiri jurnalistlərə açıqlamasında bildirib ki, səfər zamanı Rusiya ilə müxtəlif sahələrdə mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.

O qeyd edib ki, sanksiyalardan sonra Rusiyadan silah alınması məsələsi müzakirə ediləcək.

M.Baqiri deyib ki, ikitərəfli hərbi əlaqələrlə yanaşı, bu səfərdə Rusiya rəsmiləri ilə Əfqanıstan məsələsi və regionda baş verən hadisələr müzakirə olunacaq.

Eyni zamanda səfər çərçivəsində M.Baqirinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyanın yüksək siyasi, hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR