İraqdakı koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı 124-ə çatıb

İraqdakı koronavirus xəstəxanasında baş verən yanğında ölənlərin sayı 124-ə çatıb
# 14 iyul 2021 02:18 (UTC +04:00)

İraqın Di-Qar əyalətində yerləşən Ən-Nasiri şəhərindəki koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş verən yanğında ölənlərin sayı 124-ə çatıb.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, hazırda yanan cəsədlərin tanınması prosesi davam edir.

Telekanala görə, hadisə qurbanlarının cəsədləri tamamilə yanmış halda olduğundan onların kimliyini müəyyənləşdirmək çətindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR