İtkin düşən erməni hərbçilərin yaxınları: “200-dən çox cəsəd gizli şəkildə soyuducularda saxlanılırdı”

İtkin düşən erməni hərbçilərin yaxınları: “200-dən çox cəsəd gizli şəkildə soyuducularda saxlanılırdı”
# 31 may 2021 14:19 (UTC +04:00)

Qarabağ döyüşlərində itkin düşən erməni hərbçilərin yaxınları İrəvanın mərkəzi Heratsi küçəsini bağlayıblar.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, onlar müharibədə həlak olan hərbçilərin cəsədlərinin hökumət tərəfindən soyuducularda uzun müddət gizlədildiyini bildiriblər.

"Artaşat da daxil olmaqla, müxtəlif yerlərdə meyvə soyuducularında 200-dən çox cəsəd gizli şəkildə saxlanılıb. Yalnız indi uşaqlarımızın cəsədləri ailələrinə təhvil verilir", - deyə itkin düşənlərdən birinin atası Arsen Qukasyan deyib.

Onun sözlərinə görə, Qarabağda aparılan əməliyyat-axtarış tədbirlərində morqda olan meyitlərdən daha az meyit tapılıb: “Bu o deməkdir ki, səlahiyyətlilər dəqiq ölüm sayını açıqlamaq istəmir”.

A. Qukasyan bildirib ki, etirazçılar itkin düşən hərbçilərin qohumlarının da daxil edildiyi dövlət komissiyasının yaradılmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR