KİV: Ermənistan Təhlükəsizlik Şurasının katibi xarici işlər naziri təyin ediləcək

Armen Qriqoryan

© APA | Armen Qriqoryan

# 13 iyul 2021 18:56 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər naziri təyin ediləcək.

APA-nın xəbərinə görə, bu barədə “Joxovurd” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hakimiyyət bu məsələdə qəti razılığa gəlib.

Daha əvvəl yerli mətbuatda parlamentin sədri Ararat Mirzoyanın və ya Baş nazirin müavini Mqer Qriqoryanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi barədə məlumat yayılıb. Ancaq "Joxovurd" nəşrinə görə, bu təkliflər rədd olunub.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də xarici işlər naziri vəzifəsindən istefa verib və onun ardınca müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Hevondyan istefalarını hökumətə təqdim ediblər. A. Hevondyanın istefası qəbul olunmayıb. O, müvəqqəti olaraq xarici işlər naziri vəzifəsini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR